Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 22:56

Novruz Məmmədov Nalbandyanı təkzib edir


Turan İnformasiya agentliyinin məlumatına görə, Azərbaycan prezident administrasiyası başçısının müavini Novruz Məmmədov Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın bəyanatını təkzib edib.

Həmin bəyanatda deyilirdi ki, Azərbaycan buna hazır olsa, Ermənistan Qarabağ tənzimləməsinin 6 prinsipini qəbul etməyə hazırdır.

N.Məmmədov deyib ki, Krakov görüşü ərəfəsi Ermənistan dünya ictimaiyyətini yanıltmağa və Ermənistanı konstruktiv tərəf kimi qələmə verməyə çalışır.

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri mayın 17-də Polşanın Krakov şəhərində Vışeqrad qrupuna daxil olan ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak edir.
XS
SM
MD
LG