Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 23:32

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Krakovda görüşür


Polşanın Krakov şəhərində Vışeqrad Qrupu və “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçirilir.

Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov başçılıq edir.
XİN mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclas çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.

Səfər çərçivəsində E. Məmmədyarovun ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü də planlaşdırılır.
XS
SM
MD
LG