Keçid linkləri

2026, 09 İyun, çərşənbə axşamı, Bakı vaxtı 11:56

ATƏT siyasi partiya liderlərinin görüşünü təşkil etməyə hazırlaşır

Koray Targay
Koray Targay
«Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların liderləri hər zaman görüşə bilər, onların aralarında olan münasibətlər pozulmayıb».

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Targay verib.

O vurğulayıb ki, ATƏT Bakı ofisi prezident seçkiləri ərəfəsində Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyaların iştirakı ilə bir dəyirmi masa təşkil etmək niyyətindədir:

«Həmin tədbirin məqsədi seçkilərə hazırlıqları dəyərləndirmək üçün zəmin hazırlamaqdır. Biz sadəcə zəmin hazırlaya bilərik, görüşə qatıla, vasitəçilik də edə bilmərik. Önəmli olanı siyasi partiyaların bir araya gəlib müzakirələr aparmasıdır».
This item is part of
XS
SM
MD
LG