Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:31

Obama ilə Erdogan görüşür


t Barack Obama və Tayyip Erdogan
t Barack Obama və Tayyip Erdogan
Bu gün Vaşinqtonda ABŞ prezidenti Barack Obama ilə Türkiyənin baş naziri Recep Tayyip Erdogan arasında görüş olacaq.
Görüşdə əsasən Suriya münaqişəsi müzakirə ediləcək.

Görüş Türkiyədə törədilən terror aktından bir neçə gün sonraya təsədüf edir.
Ankara bu terror aktına görə Suriya kəşfiyyatını günahlandırır.
Erdogan Suriya prezidenti Bashar Assad rejiminə qarşı daha kəskin tədbirlər görülməsinə çalışır.
Vaşinqton isə Suriya ilə bağlı beynəlxalq sükh konfransının təşkilində Türkiyədən dəstək gözləyir.

Görüşdə həmçinin İsrail-Fələstin sülh danışıqlarının bərpası, Türkiyə ilə İraqdakı kürd muxtariyyəti arasında əlaqələr və Kiprin birləşməsinin mümkünlüyü də daxil olmaqla digər regional problemlər də müzakirə olunacaq.
XS
SM
MD
LG