Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 19:17

Kabildə hərbi maşın karvanına hücum edilib


Kabildə partlayış
Kabildə beynəlxalq koalisiya qüvvələrinin maşın karvanına edilmiş hücumda 2 NATO əsgəri də daxil olmaqla azı 6 nəfər ölüb, 35 nəfər xəsarət alıb.

İntiharçı minalanmış Toyota Corolla markalı maşını hərəkət edən karvana çırpıb.
Əfqanıstanın daxili işlər naziri Qulam Muctaba ölənlərin çoxunun günahsız uşaqlar da daxil olmaqla dinc sakinlər olduğunu deyir.

Polis rəisi Ayoub Salangi həmçinin ətrafdakı binalara ciddi xəsarət dəydiyini deyir.

Hücuma görə cavabdehliyi “ Hizbi islami “ qrupu üzərinə götürüb.
Bu qrupa beynəlxalq terrorçular siyahısına salınmış Gulbuddin Hekmatyar başçılıq edir.

Taliban bu yaxınlarda yaz hücumuna keçdiyini bəyan etdikdən sonra ölkədə hücumların sayı artıb.
XS
SM
MD
LG