Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:47

Məhkəmə Müsavatçının şikayətini təmin etmədi


Mayın 16-da Sumqayıt şəhər Apellyasiya Məhkəməsində Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrahın şikayətinə baxılıb.

Şikayət Xaçmaz rayon məhkəməsinin qərarından olub. Şikayətdə Heybət Əmrahın həbsdən buraxılması istənilirdi. Ancaq şikayət təmin olunmayıb.

Bu haqda AzadlıqRadiosuna vəkil Nemət Kərimli məlumat verib:

«Heybət Əmrahın məhkəmə prosesində iştirakının təmin edilməsi, ona qarşı ifadə vermiş polis əməkdaşlarının dindirilməsi haqqında vəsatət də qaldırmışdıq. Ancaq vəsatətimiz rədd edildi».

Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrah, təşkilatının üzvləri Fikrət Əliyev, Ələddin Mirzəyev, rayon sakini Nüsrət Qarayev mayın 9-da Xudatda etiraz aksiyası təşkil etməkdə təqsirli bilinib. Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə onlar 10 sutka həbs cəzası alıblar.

Hazırda onlar Quba Rayon polis şöbəsində saxlanılırlar.
XS
SM
MD
LG