Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:35

Azərbaycan Ordusunun əsgəri həlak olub


Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən «N» saylı hərbi hissəsində qeydə alınıb.

Məlumata görə, həmin hərbi hissədə xidmət edən əsgər, 1994-cü il təvəllüdlü Əlizadə Ramil Ətraf oğlu əlindəki avtomat silahdan açılan atəş nəticəsində vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.

R. Əlizadə 2012-ci ilin aprelində Lənkəran rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG