Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 20:52

İvanishvili:"seksual azlıqların cəmiyyətdə eyni hüquqları var"


Bidzina Ivanishvili
Gürcüstanın baş naziri Bidzina İvanishvili ölkədəki seksual azlıqların digər ictimai qruplarla eyni hüquqları olduğunu bildirib.

İvanishvili dünən Tbilisidə jurnalistlərlə söhbət zamanı qeyd edib ki, bunu Gürcüstanda qəbul etməyən qruplar olsa da cəmiyyət getdikcə buna öyrəşəcək.

O cümə günü seksual azlıqların planlaşdırdığı aksiyada onların hücumdan qorunacağını bildirib.
Həmçinin həmin gün seksual azlıqlara qarşı olanların ayrıca nümayişi gözlənilir.

Amma İvanishvili eyni cinsdən olanların evlənmsinə münasibət bildirməkdən boyun qaçırıb və bunun indi müzakirəsinə ehtiyac olmadığını bildirib.
O bu məsələnin vətəndaşı olduğu Fransada da sosial və siyasi gərginliyə səbəb olduğunu vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG