Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:03

Müdafiə Sənayesi Nazirliyinə məxsus zavodda partlayış olub


-
Mayın 15-də saat 15:30-da Müdafiə Sənayesi Nazirliyinə məxsus «İqlim» Elmi İstehsalat Müəssisəsində partlayış olub.

Müəssisənin sexlərindən birində dəzgah partlayıb.

Xəzər rayon Polis İdarəsinin növbətçi hissəsindən AzadlıqRadiosuna verilən məlumata görə, hadisə zamanı bir nəfər – müəssisədə fəhlə işləyən 57 yaşlı Adıgözəl Məhərrəmov ağır xəsarət alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada keçinib.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.
XS
SM
MD
LG