Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:06

Mİngəçevir Su Anbarında 4 baldan yuxarı zəlzələlərin sayı artıb


Foto arxiv
Foto arxiv
APA-nın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin idarə rəisi Taryel Hüseynov AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, əslində dünyada su anbarlarında seysmik təhlükə 1 baldan yuxarı olmamalıdır.
O qeyd edib ki , Mingəçevir Su Anbarı ilə yanaşı, Şəmkir və Yenikənd su anbarları ilə bağlı da kompleks tədqiqatlar görülməlidir.

AMEA prezidenti Akif Əlizadə də Mingəçevir hövzəsinin ciddi təhlükə olaraq qaldığını bildirib.
O qeyd edib ki, bu hövzə 60 ildən çoxdur ki, istifadədə olduğundan orda ciddi tədqiqatlar aparılmalıdır.
Çünki bu müddət ərzində orda müxtəlif geoloji, tektonik və geodinamik dəyişikliklər baş verib.

Həmçinin Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Mingəçevir hövzəsinin Azərbaycan üçün seysmik baxımdan ən təhlükəli ərazilərdən biri olduğunu deyib.
XS
SM
MD
LG