Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:32

Allahşükür Paşazadə İrana səfər edəcək


Səfər İran prezidenti Mahmoud Ahmadinejad-ın 4 ay əvvəlki dəvəti əsasında reallaşacaq.

Bu barədə AzadlıqRadiosuna Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

O bildirib ki, səfərin əsas məqsədi iki ölkə arasında dini əlaqələrin genişləndirilməsidir. Allahşükür Paşazadə İran prezidenti ilə görüşəcək.

Rəhimə Dadaşova İranın ali dini lideri Seyid Ali Hosseini Khamenei və digər rəsmilərlə görüşün hələlik nəzərdə tutulmadığını, amma səfər zamanı bu cür görüşlərin mümkün olacağını da istisna etmir.

«İranda həbsdə olan AMEA-nın əməkdaşı Xalidə Xalidin və onun sürücüsü Şamxal Hüseynovun azad olunması ilə bağlı müzakirələr gözlənilirmi», Rəhimə Dadaşova bu məsələnin gündəmdə olmadığını söylədi:

«Görüşlərdə bu məsələ gündəmə gələrsə, şeyx də öz fikirlərini bildirəcək. Amma bildiyiniz kimi bu məsələ hökumət səviyyəsində, yəni Xarici İşlər Nazirliyinin müzakirəsindədir. Bu, Azərbaycanın dini liderinə aid məsələ deyil. Amma əgər görüşlərdə bu məsələ də gündəmə gələrsə, müzakirə ola bilər».

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin İrana rəsmi səfəri mayın 18-də reallaşacaq.
XS
SM
MD
LG