Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:43

Milli Məclisin növbədənkənar sessiyası keçirilə bilər


İyunda Milli Məclisin növbədənkənar sessiyasının keçirilməsi gözlənilir.

Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.

Onun sözlərinə görə, bununla bağlı parlamentin 70 deputatı konstitusiya hüququndan yararlanaraq MM-in spikerinə müraciət ediblər:

«MM-in yaz sessiyası may ayının sonunda başa çatır. Adətən sessiya ərzində hansısa məsələlər qaldıqda, onları müzakirə etmək üçün deputatlar Milli Məclisin rəhbərliyinə müraciət edə bilərlər. Növbədənkənar sessiyanın keçirilməsi ilə bağlı qərar yəqin ki, MM-in növbəti iclasında qəbul olunacaq».

MM-in növbəti iclası mayın 21-də keçiriləcək.
XS
SM
MD
LG