Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:27

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzi açılıb


Açılışda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.

AzərTac-ın məlumatına görə, Dünya mədəniyyət paytaxtlarından biri sayılan Vyanada Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı iki ölkənin münasibətləri tarixində əlamətdar hadisə kimi qiymətləndirilib.

Mərkəzin açılışında çıxış edən İlham Əliyev siyasi, iqtisadi, təhsil, turizm və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi barədə Avstriya dövlətinin başçısı ilə ətraflı fikir mübadiləsi apardıqlarını bildirib. Prezident iki ölkə arasında imzalanan bəyannamənin əhəmiyyətini vurğulayıb.

İlham Əliyev Vyanada keçirilən biznes forumun əhəmiyyətindən də danışıb. Bildirib ki, hər iki ölkənin fəal işgüzar dairələrin yeni layihələri reallaşdırmaq əzmindədir.

Prezident Bakıda Qız qalasının bərpasını, Xalça Muzeyinin inşasının avstriyalı mütəxəssislərin həyata keçirməsini iki ölkə arasında mədəni əlaqələrin göstəricisi hesab edib:

«Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi ölkələrimiz və xalqlarımız arasında güclü dostluq və tərəfdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminəm».
XS
SM
MD
LG