Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:20

Bolqarıstanda heç bir partiya təkbaşına hökumət yarada bilməyəcək


Avropa Birliyinin ən kasıb ölkəsi olan Bolqarıstanda nəticəsiz seçkilərdən sonra ölkənin siyasi və iqtisadi sabitsizliyə gedəcəyi gözlənilir.

Bazar günü seçkilərində sağ mərkəzçi GERB partiyası ən çox səs yığan partiyadır, ancaq bu, 240 yerlik parlamentdə əksəriyyətə bəs etmir.

GERB səslərin 31 faizini toplayıb. Sosilaistlər ikincidir- 27%. Etnik türklərdən ibarət MRF partiyası və bolqar millətçilərinin ATAKA partiyaları 4 faizlik həddi keçə biliblər.

Keçmiş baş nazir Boiko Borisovun GERB partiyasının koalision hökumət yarada biləcəyi şübhə altındadır, çünki parlamentdə yer qazanan iki partiya koalisiya təkliflərini rədd edib.

Borisovun özü fevral ayında istefa verib. Onun istefasına səbəb kasıblığa və korrupsiyaya qarşı ölkədəki etirazlar idi.
XS
SM
MD
LG