Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:45

Gəncədə 200-dən çox abonent işıqsız qalıb


Foto: Arxiv
Foto: Arxiv
-
Bu barədə Gəncə Elektrik Şəbəkəsinin direktoru Əhməd Musayev məlumat verib.

O bildirib ki, qışa hazırlıq işləri ilə əlaqədar bir neçə küçə və prospektə enerji verilişi dayandırılıb.

Gəncənin Adil İsgəndərov, Nəriman Nərimanov, 20 Yanvar küçələrindəki köhnə dirəklər yenisi ilə əvəz olunur. Artıq 350 dirək dəyişdirilib. Ümumilikdə 1000 ədəd dirəyin yenilənməsi nəzərdə tutulub. Bu küçələrdə ümumən 200-ə yaxın abonent yaşayır.

Enerji günün sonunadək tam bərpa ediləcək.
XS
SM
MD
LG