Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 03:32

Xudatda nə baş verir? - [Video]


Xudat belə çalxalandı
Gözlə
Embed

No media source currently available

0:00 0:04:53 0:00

Xudat belə çalxalandı

-
Mayın 9-da Xudatda rayon sakini Rauf Hüseynovun və Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Rövşən Səfərovun idarə etdikləri avtomobillər toqquşub.

Hadisə şahidlərinin sözlərinə görə, maşını əzilən sürücü maşından düşməyə macal tapmamış, qarşı maşını idarə edən hərbçi yerə düşüb, sürücünü söyüb, üstəlik, sürücünün yanında oturmuş yaşlı atasına da bir sillə vurub.

Polisdə bitən mübahisə nəticəsində Müsavat Partiyası rayon təşkilatının sədri Heybət Əmrah, üzvləri Fikrət Əliyev, Ələddin Mirzəyev, rayon sakini Nüsrət Qarayev rayonda gərginlik yaratmaqda günahlandırılıb.

Məhkəmə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin toplantıların təşkili və keçirilməsi qaydasının pozulması maddəsi ilə 10 sutkalıq həbs qərarı çıxarıb.

Şərhlər (7)

Bu forum dayandırılıb
XS
SM
MD
LG