Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:13

Bu il Azərbaycanda doğulan uşaqlara ən çox Yusif və Zəhra adları qoyulub


Foto arxiv
Foto arxiv
Bu ilin 4 ayı ərzində Azərbaycanda yeni doğulmuş körpələrə ən çox verilən adların siyahısı açıqlanıb.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumata görə, ilin əvvəlindən Azərbaycanda doğulan oğlan uşaqlarına ən çox Yusif adı qoyulub.
Belə ki, 836 oğlana Yusif adı verilib.
Sonrakı yerlərdə Əli (573), Hüseyn (528), Ömər (443), Məhəmməd (403), Murad (372) və digər adlar gəlir.

Qız uşaqlarına isə ən çox Zəhra adı verilib.
Belə ki, yeni doğulmuş 776 qıza Zəhra adı qoyulub.
Sonrakı yerlərdə isə Nuray (670), Fatimə (596), Ayan (462), Aylin (417), Zeynəb (368), Xədicə (335) və digər adlar gəlir.
XS
SM
MD
LG