Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:13

Pakistanda ümummilli seçkilər keçirilir


Foto arxiv
Foto arxiv
Bu ölkənin tarixində ilk demokratik seçkidir.
Yəni hakimiyyət ilk dəfədir ki, mülki hökumətdən difgər mülki hökumətə keçir.

Seçki gərgin ab-havada keçirilir.
Seçkinin başlanmasından bir neçə saat sonra Karaçidə törədilən partlayışda azı 10 nəfər ölüb, onlarla adam yaralanıb.
Pişəvar şəhərində törədilən iki partlayışda isə azı 1 nəfər ölüb, 22 adam yaralanıb.

Talibanın əsas dayaq məntəqələrindən olan Şimali Vəziristanda qadınlara məsçidlərdəki səs qovuşaqları ilə xəbərdarlıq edilib ki, seçkiyə çıxmasınlar.
Qeyd edək ki, milli məclisdəki 342 yerin 60-dan çoxu qadınlar üçün nəzərdə tutulub.

Keçmiş baş nazir Navaz Sharifin “Müsəlman liqası” partiyasının qələbəyə şansı daha çoxdur.

Taliban hələ seçkidən əvvəl onu pozmaqla hədələyib.
Aprelin 11-dən bu yana Pakistanda törədilən bu cür hücumlarda 120-dən çox adam ölüb.
XS
SM
MD
LG