Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Noyabr, bazar, Bakı vaxtı 07:18

Bakıda baş verən yanğında 2 nəfər ölüb


Foto arxiv
Bakıda kommunal tipli yaşayış binasında baş vermiş yanğın nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

FHN-nin məlumatına görə, Yasamal rayonunda iki mənzil tamamilə yanıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər mənzildə iki meyit aşkar ediblər.

Ölənlər 2010-cu il təvəllüdlü Əhmədov Rauf və 1949-cu il təvəllüdlü Korolyova Valentina Pavlovnadır.
Daha iki nəfər yanıq xəsarəti alıb, bir nəfər isə tüstüdən zəhərlənib.

Yaşayış binasının qalan hissəsi yanğından mühafizə olunub.
Araşdırma gedir.
XS
SM
MD
LG