Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:37

Göyçayda sürücü ilə Yol Polisinin münaqişəsi


Foto: Arxiv
Foto: Arxiv
-
Mayın 8-də Göyçay rayonunda Dövlət Yol Polisi İdarəsinin əməkdaşları - Aqşin Abdullayev ilə Müslüm Talıblı sürücü Ruslan Eyyubovun idarə etdiyi avtomobili saxlayıblar. Patrullar sürücüdən sənədlərini tələb ediblər, bundan sonra onlar arasında mübahisə yaranıb.

AzadlıqRadiosuna bu haqda Ruslan Eyyubovun atası İkram Eyyubov məlumat verib. Onun dediyinə görə, DYP əməkdaşları oğlunu döyüblər, daha sonra zorla polis idarəsinə gətiriblər.

DYP-nin Göyçay rayon İdarəsinin rəisi Elman Əliyev AzadlıqRadiosuna bu məlumatı təkzib edib. O, sürücünün DYP əməkdaşlarına müqavimət göstərdiyini, zorakılıq etdiyini, hətta onların poqonlarını sökdüyünü söyləyib.

İkram Eyyubov oğluna şər atıldığını, fiziki baxımdan zəif olan oğlunun iki polisi döyməyə gücü çatmayacağını söyləyib.

Hazırda Ruslan Eyyubov Göyçay rayon Polis İdarəsindədir, yaxınlarına onunla görüşməyə imkan verilmir.
XS
SM
MD
LG