Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:35

İranın xarici işlər naziri Bashar Assadla görüşüb


Ali Akbar Salehi
Ali Akbar Salehi
İranın xarici işlər naziri Ali Akbar Salehi Dəməşqdə Suriya prezidenti Bashar Assadla görüşüb.
Salehi görüşdən sonra dünən suriyalı həmkarı Walid al-Moualemlə birgə mətbuat konfransı keçirib.
O Suriyada vəziyyətin yaxşılığa doğru getdiyini və Suriya ordusunun ölkənin əksər hissəsində vəziyyəti bərpa etdiyini bildirib.

Valid əl Müəllim isə bunları deyib:

"Müharibəyə gəldikdə Suriya doğurdan da son iki ildə müharibə ilə üzləşib.
Bu daxili, amma eyni zamanda Suriya xalqına qarşı regional və beynəlxalq müharibədir.Biz artıq bu vəziyyətə öyrəşməyə başlamışıq.
Biz həyacanlanmırıq və özümüzü, insanlarımızı müdafiə etməyə hazırıq və təcavüz qarşısında susmayacağıq".

BMT-nin məlumatına görə 2 ildən çoxdur ki, davam edən Suriya münaqişəsində 70 mindən çox adam ölüb.
İran Suriyanın yaxın müttəfiqlərindən biridir.
XS
SM
MD
LG