Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:12

Milli Məclisin növbəti iclası mayın 14-də keçiriləcək


Azərbaycan Milli Məclisinin (MM) növbəti iclası mayın 14-də keçiriləcək. Bu barədə APA-ya MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib.

Onun sözlərinə görə, iclasda 7 məsələ müzakirə olunacaq.

Bunlar «Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında sazişə düzəlişlərin təsdiq edilməsi» haqqında qanun layihəsi, «Avtomobil yolları haqqında», «İcbari sığorta haqqında» qanunlara, Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» qanun layihəsi və «Miqrasiya Məсəlləsi»nin layihəsidir.
XS
SM
MD
LG