Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:41

Bakıda sərnişin qatarı yük maşını ilə toqquşub, sürücü ağır yaralanıb


Mayın 7-də axşam saat 23.00 radələrində Bakıda sərnişin qatarı yük maşını ilə toqquşub.

APA-nın xəbərinə görə, hadisə Pirşağı-Kürdəxanı xəttinin 29-cu kilometrində baş verib.

Belə ki, Bakıdan Moskvaya hərəkət edən qatar yolu keçən yük maşını ilə toqquşub.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Bölməsindən APA-ya faktı təsdiqləyiblər. Növbətçi hissədən qəza nəticəsində bir nəfərin xəsarət aldığı və hadisə yerində qəzanın səbəblərinin araşdırıldığı bildirilib.

3 saylı Şəhər Kliniki Xəstəxanasından verilən məlumata görə, qəza nəticəsində bir nəfər - yük maşınının sürücüsü, 1969-cu il təvəllüdlü Quliyev Habil Mikayıl oğlu xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Yaralının vəziyyəti ağır qiymətləndirilir. Onun ağır baş-beyin və digər qapalı sınıq xəsarətləri aldığı bildirilir.
XS
SM
MD
LG