Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 08:50
Azərbaycanın Təbrizdəki Baş konsulluğu İran Xarici İşlər Nazirliyinə ikinci nota təqdim edib.

Bu barədə Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev edib.
Ikinci notada bu ölkədə həbs edilən Azərbaycan vətəndaşları ilə görüşə imkan yaradılması xahiş edilir.

AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və onun sürücüsü olduğu bildirilən Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs ediliblər.
Onlkarla yanaşı 4 yerli azərbaycanlı fəalın da həbsə alındığı bildirilir.

İran hakimiyyəti Azərbaycan vətəndaşlarını
qanunsuz fəaliyyətə cəhddə ittiham edir.
Amma onların məhz hansı qanunu pozduqlarına aydınlıq gətirilmir.
XS
SM
MD
LG