Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 01:18

Pakistanda namizədlərə hücumlar davam edir


Foto arxiv
Pakistanın şimal-qərbində seçkiqabağı tədbirdə törədilən 2 partlayışda azlı 12 nəfər ölüb.

Xayber-Paxtunxva əyalətinin aşağı Dir rayonunda prezident Asif Ali Zardarinin partiyasının mitinqi zamanı törədilən partlayışda 4 nəfər ölüb.

Bundan əvvəl Hanqu şəhərində hakim koalisiyaya daxil olan”Jamiatul Ulama i İslam” partiyasının mitinqində törədilən partlayışda isə azı 8 adam ölüb.
Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.

Mayın 11-də Pakistanda parlament seçkiləri keçiriləcək.
Aprelin 11-dən bu yana ölkədə törədilən bu cür hücumlarda 100-dən çox adam ölüb.
XS
SM
MD
LG