Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:02

Pakistanda törədilən partlayışda 20-dən çox adam ölüb


Foto arxiv
Foto arxiv
Pakistanın şimal-qərbində törədilən partlayışda 23 nəfər ölüb, 67 adam isə yaralanıb.

Xayber Paxtunxva əyalətindən deputatlığa namizəd Munir Orakzay da ölənlər arasındadır.
O hazırkı hakim koalisiyaya daxil olan”Jamiatul Ulama i İslam” partiyasını təmsil edir.

Partlayış partiyanın Hanqu şəhərində keçirdiyi seçkiqabağı mitinqdə törədilib.
Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.

Mayın 11-də Pakistanda parlament seçkiləri keçiriləcək.
Aprelin 11-dən bu yana ölkədə törədilən bu cür hücumlarda 100-dən çox adam ölüb.
XS
SM
MD
LG