Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:30

Növbəti 3 gündə hava sərin keçəcək, yağış yağacaq


Mayın 8-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən axşam və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

Rayonlarda da mayın 8-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15, gündüz 21-26, dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Mayın 7-si günün ikinci yarısından mayın 10-dək respublikanın rayonlarında temperatur rejiminin aşağı enəcəyi gözlənilir. Yağmurlu, bəzi rayonlarda küləkli hava şəraiti sünbüllənmiş payızlıq dənli bitkilərin yerə yatmasına, təzə formalaşan meyvələrin və üzümlüklərdə hamaşçiçəklərin yerə vurulmasına səbəb ola bilər.

Eyni zamanda gözlənilən yağıntılar torpağın nəmliliyini artıracaq, həm tarla bitkilərində, həm də meyvə və üzüm bağlarında inkişafa müsbət təsir göstərəcək.
XS
SM
MD
LG