Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:47

Aprel ayında 17 milyon manatadək ipoteka krediti verilib


Azərbaycan İpoteka Fondunun (AİF) müvəkkil bankları 2013-cü ilin aprelində ümumi məbləği 16,91 mln manat olan ipoteka kreditləri veriblər.

Martda bu göstərici 7,74 mln manat olub.

Məlumata görə, hesabat ayında Fond 8,35 mln manat krediti təkrar maliyyələşdirib. İlin əvvəlindən ümumi təkrar maliyyələşmə məbləği 20,40 mln manat təşkil edib.

2006-cı ilin əvvəlindən Fondun xətti ilə 448,75 mln manat, ilin əvvəlindən 32,06 mln manat ipoteka krediti verilib. Kredit alanların 41%-i 18-29 yaşında, 31%-i 30-35, qalan 28%-i 36 yaşdan yuxarı olanlar alıb.

İpoteka kreditləri Azərbaycan vətəndaşlarına 50 min manata qədər, 25 ilədək müddətə, illik 8%-dən çox olmamaqla verilir.

Güzəştli kreditlər 50 min manatadək, 30 ilə qədər müddətə, illik 4%-dək dərəcə ilə verilir.
XS
SM
MD
LG