Keçid linkləri

Təcili xəbərlər
2021, 20 İyun, bazar, Bakı vaxtı 01:45

Qazaxıstan prokurorluğunun ilk qadın generalı


Qazaxıstanın Baş prokurorluğu ilk dəfə olaraq qadını general vəzifəsinə irəli sürüb.
General nişanlarını 52 yaşlı Saule Aitpaevaya ölkə prezidenti Nazarbayev təqdim edib.
Aitpaeva Baş prokurorluğun Statistika və Qanun aktları Komitəsinin sədridir.

Nazarbayev Aitpaevanın general olmasını xüsusi mərasimdə elan edib. Aitpaevadan başqa hüquq-müdafiə orqanlarının və ordunun onlarla nümayəndəsi mükafatlandırılıb.

Mərasim Qazaxıstanda hər il mayın 7-də qeyd olunan vətənin müdafiəçisi günü ilə bağlı keçirilib.
XS
SM
MD
LG