Keçid linkləri

2017, 25 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:57

«Azercell» və «Bakcell» pulsuz Facebook xidmətini dayandırır


Foto: Arxiv
-
«Azercell» və «Bakcell» mobil telefon şirkətləri pulsuz «Facebook» xidmətini dayandırmaqla bağlı məlumat yayıblar.

«Bakcell»dən AzadlıqRadiosuna yalnız onu bildiriblər ki, pulsuz «Facebook» xidməti müvəqqəti dayandırılır və bu, texniki problemlərlə əlaqədardır:

«Şirkət son illər öz şəbəkəsinin genişləndirilməsinə və yenilənməsinə böyük miqdarda sərmayələr qoyub və bu, hazırda da davam edir».

«Bakcell» konkret vaxt göstərməsə də, gələcəkdə «Facebook»dan pulsuz istifadənin bərpa olunmasını istisna etmir.

«Azercell» şirkəti isə öz rəsmi saytında elan verib ki, bu il mayın 3-dən «0.Facebook.com» xidməti və «Pulsuz Mobil Twitter» kampaniyası dayandırılır. «Azercell» də açıqlamasında bunu «imkanların daha da artırılması, texniki çətinliklərin qarşısının alınması məqsədi ilə aparılan təkmilləşdirmə işləri ilə» izah edir.

«Azercell» mobil telefondan sosial şəbəkələrdən pulsuz istifadə etmə xidmətini bərpa edib-etməyəcəyi barədə məlumat vermir. Şirkətin mətbuat xidməti ilə əlaqə saxlamaq istəsək də, cəhdimiz alınmadı.

İki mobil telefon şirkətinin eyni ərəfədə sosial şəbəkələrdən pulsuz istifadə etmə xidmətini dayandırması bəzi şübhələrə yol açıb. Bəzi «Facebook» istifadəçiləri öz statuslarında pulsuz istifadə imkanlarının qapadılmasını sosial şəbəkələrin ölkədə populyarlaşması ilə izah edirlər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG