Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:56

«Bikini geyinənlər Misirə gələ bilər»


Misirin Şarm-əl-Şeyx turizm şəhərində bikinili turistlər istirahət edir, 2012-ci il
Misirin Şarm-əl-Şeyx turizm şəhərində bikinili turistlər istirahət edir, 2012-ci il
-

Misir rəsmiləri turizm sektorunu dirçəltmək məqsədilə bildirib ki, spirtli içki içən və açıq çimərlik geyimlərindən istifadə edən turistlər ölkəyə gələ bilər.

Misirin Turizm naziri Hisham Zaazou Birləşmiş Ərəb Əmirliyində keçirdiyi mətbuat konfransında bu barədə açıqlama verib. Onun sözlərinə görə, Misir hökuməti ölkəyə gələn turistlərin sayını ötən illərdəki kimi yüksəltmək istəyir.

«Ərəb baharı»ndan sonra Misirə gələn turistlərin sayı azalıb.

Radikal «Müsəlman qardaşları» spirtli içkiyə və qadınların açıq çimərlik geyimlərdən istifadəsinə qadağan qoyulmasını tələb edirdilər.

Hisham Zaazou ingilis dilində deyib ki, bikini geyinənlər Misirə gələ bilər və içkidən də zövq ala bilərlər.

Misir üsyanından əvvəl ölkə turizmdən külli miqdarda gəlir götürürdü, məsələn, 2010-cu ildə onun turizmdən qazancı 12,5 milyard dollar olmuşdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG