Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:43

İraqda keçirilən yerli seçkilərdə hakim koalisiya qalib gəlib


Foto arxiv
Foto arxiv
İraqda baş naziri Nuri al Malikinin rəhbərlik etdiyi hakim koalisiya iki həftə əvvəl keçirilən yerli seçkilərdə qələbə qazanıb.

12 əyalətdən 7-də mandatların çoxunu hakim koalisiya qazanıb.
Amma hakim koalisiya heç bir regionda qəti qələbə qazanmadığından alyans yaratmalı olacaq.

Malikinin koalisiyası Bağdaddakı mümkün 58 mandatdan 20-ni qazanıb.
Sünnilərin birləşdiyi dünyəvi “ İraqiyə” bloku isə hər əyalətdə 3-dən artıq yer qazana bilməyib.

Aprelin 20-də keçirilən seçkilər ABŞ ordusu 2011-ci ildə ölkəni tərk etdikdən bu yana ilk seçkidir.
2014-cü ildə isə İraqda ümummilli seçkilər keçiriləcək.
XS
SM
MD
LG