Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Sentyabr, şənbə, Bakı vaxtı 12:33

İsrailin Dəməşqdəki hərbi tədqiqat mərkəzini vurduğu bildirilir


Israel Syria Flags
Suriyanın rəsmi kütləvi informasiya vasitələri İsrailin Dəməşqdəki hərbi tədqiqat mərkəzini vurduğunu xəbər verirlər.\M
Məlumatda mərkəzin raketlə vurulduğu bildirilir.

Bu məlumat bu gün səhər Dəməşqdə baş verən bir neçə partlayışdan sonra yayılıb.
İsrail hələlik məlumata münasibət bildirməyib.
Ölən və ya xəsarət alanların sayı dəqiqləşdirilir.

Həmçinin cümə günü İsrail hərbi hava qüvvələrinin Suriyadan Livandakı Hizbullah qrupuna silah aparan hərbi karvanı vurması barədə məlumatlar yayılıb.

ABŞ prezidenti Barack Obama İsrailin öz təhlükəsizliyini qorumağa haqqı olduğunu bəyan edib.
XS
SM
MD
LG