Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 23:03
Radikal islamçı “ Camaati İslami” partiyasının namizədi Raj Muhammadın maşını ölkənin şimal-şərqində yolda minaya düşüb.
Nəticədə o və sürücü yaralanıb.

Pişəvarda isə “Təhriki İnsaf” partiyasının namizədi, məşhur keçmiş kriket oyunçusu İmran Khanın seçki qərarkanının ətrafında güclü partlayış törədilib.
Binada heç kim olmadığından xəsarət alan olmayıb.

Bundan əvvəl isə Karaçidə namizədlərdən biri Sadik Zaman Khattak 3 yaşlı oğlu ilə birlikdə güllələnib.

Mayın 11-də Pakistanda parlament seçkiləri keçiriləcək.
Aprelin 11-dən bu yana ölkədə törədilən hücumlarda 63 adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG