Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:05

N!DA-çılara görə daha bir dindirilmə


Fotoreportyor Mehman Hüseynov N!DA-çıların işi ilə bağlı şahid qismində dindirilib.

Bu barədə AzadlıqRadiosuna fotoreportyorun özü məlumat verib:

«Məni N!DA-çıların işi ilə bağlı şahid qismində dindirdirlər. Dindirilmə 4 saat davam edib. İstintaq sirri olaraq mətbuata detallı açıqlama verməyəcəyimə imza atmışam. Yenidən çağırılma ehtimalım var».

Mehman Hüseynov mayın 2-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsində dindirilib.

N!DA-çılar Bəxtiyar Quliyev, Məmməd Əzizov, Şahin Novruzlu, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov, Zaur Qurbanlı həbsdədir.

Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onlara mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq partlayıcı maddələr əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə ittihamı irəli sürüb. Rəsmi məlumatda gənclərin üçünün evindən «Molotov kokteyli» tapıldığı bildirilib.
XS
SM
MD
LG