Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:59

Dunja Mijatovic Azərbaycanda cinayət məcəlləsinə edilən təkliflərdən narahatdır


 Dunja Mijatovic
Dunja Mijatovic
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatović böhtanın cinayət işi hesab edilməsi ilə bağlı Azərbaycanda cinayət məcəlləsinə təklif edilən düzəlişdən dərin narahatlıqğını bildirib.

O hesab edir ki, bu hakimiyyətin internet informasiya vasitələri üzərində nəzarətini daha da genişlndirəcək.

Mjatoviç deyir ki, 2006-cı ildə prezident İlham Əliyevin insan haqlarının müdafiəsi ilə bağlı qəbul etdiyi Milli Fəaliyyət Planında difamasiyanın cinayət işi hesab edilməməsi nəzərdə tutulur.
Amma Baş Prokurorluğun təklif elədiyi bu düzəlişlər bunun əksinədir.

Dunja Mijatovic deyir ki, o Azərbaycan hakimiyyətini bu sahədə verdiyi vədləri yerinə yetirməyə çağırıb və bu prosesə gömək etməyə hazır olduğunu bildirib.
Hazırda Azərbaycandakı mövcud qanunda böhtana görə 3 il həbs nəzərdə tutulur.
XS
SM
MD
LG