Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 20:02

Gəncədə polis maşınının şüşələri sındırılıb


Foto: Arxiv
Foto: Arxiv
-
Gəncədə Yol Polisi əməkdaşlarının maşınının şüşələri sındırılıb.

Bu barədə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən məlumat verilib.

Məlumatda deyilir ki, 3 nəfər şəxs BMW markalı polis avtomobilinin ön və yan şüşələrini qırıb. Üstəlik, onların polis əməkdaşlarını nalayiq sözlərlə təhqir etdiyi deyilir.

Polis əməkdaşlarına qarşı zor tətbiq etdiyi deyilən həmin şəxslər saxlanaraq Gəncə şəhər Baş Polis İdarəsinə aparılıb.
XS
SM
MD
LG