Keçid linkləri

Təcili xəbərlər
2021, 17 May, Bazar ertəsi, Bakı vaxtı 04:53

Obama Suriyanın kimyəvi silah işlətməsinə cavab üçün kifayət qədər fakt olmadığını deyir


Barack Obama
ABŞ prezidenti Barack Obama Suriya rejiminin üsyançılara qarşı kimyəvi silah işlətməsi barədə dəlillər olduğinu, amma cavab vermək üçün hələlik kifayət qədər fakt olmadığını deyir.

O Ağ evdə keçirdiyi mətbuat konfransında bir daha xəbərdarlıq edib ki, kimyəvi silahdan istifadə vəziyyəti dəyişə bilər, amma mən ABŞ-ın milli təhlükəsizliyi və kimyəvi silahdan istifadəyə qarşı mümkün əlavə tədbirlər qəbul edəndə, əmin olmalıyam ki, bunun üçün məndə faktlar var.

Obama qeyd edib ki, tələsik qərar, ABŞ-ın müttəfiqləri ilə əməkdaşlıq və beynəlxalq aləmin istənilən mümkün reaksiyasını təhlükə altında qoya bilər.

ABŞ bundan əvvəl Bashar Assad rejiminin daxili münaqişədə kimyəvi silah işlətməsi barədə müxtəlif kəşfiyyat məlumatları olduğunu bəyan edib.
XS
SM
MD
LG