Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:09

Nazirlik «Azadlıq» qəzetinin 100 min manat cərimələnməsini istəyir


Azadlıq Qəzetinin redaksiyası
Azadlıq Qəzetinin redaksiyası
-
Müdafiə Nazirliyi martın 20-24-də «Azadlıq» qəzetində dərc olunmuş köşə yazına görə qəzeti məhkəməyə verib.

«Azadlıq» qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev deyir ki, «Ordu, yoxsa həyat bazarı» başlıqlı yazıya görə qəzetə qarşı məhkəmə iddiası qaldırıb:
«Müdafiə Nazirliyi qəzetdə dərc edilmiş yazıda böhtanın olduğunu deyir. Amma yazıda ordudakı ölüm hallarından, korrupsiyadan bəhs edilir. Üstəlik qəzetdən təkzib vermək, cərimə kimi Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürmək tələb olunur».

Rahim Hacıyev düşünür ki, Müdafiə Nazirliyinin iddiası əsassızdı:

«Müdafiə Nazirinin müavini Çingiz Məmmədovun adından verilmiş iddiada redaksiyanın və məqalə müəllifi Xaqani Əliyevin məsuliyyətə cəlb olunmasını istəyir».
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov «Azadlıq» qəzetinin 8 aprel 2012-ci il sayında çıxmış «Tağı Əhmədov 5 qəpikləri mənimsədi» sərlövhəli yazıya görə məhkəməyə verib, qəzetin 200 min manat cərimələnməsini istəmişdi.
XS
SM
MD
LG