Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:58

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında kütləvi dava


Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
-

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında kütləvi dava olub, yaralananlar var. Bu barədə APA Hava Nəqliyyatı Polis İdarəsinə istinadən xəbər yayıb.

Məlumata görə, hadisə Naxçıvan terminalında qeydə alınıb. Naxçıvan sakinləri arasında düşən davada 1 nəfərin bıçaqlandığı bildirilir.

Xəbərdə deyilir ki, ərazidə xidmət aparan polis əməkdaşları dava iştirakçılarını saxlayaraq idarəyə aparıblar. Bu zaman daha bir qrup şəxs polis idarəsinin növbətçi hissəsinə hücum edərək, saxlananların sərbəst buraxılmasını tələb ediblər.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları gəlib.

Həyata keçirilən tədbirlər nəticəsində insident törədən şəxslərin hamısı saxlanılıb. Onların sayı və adı açıqlanmır.

DİN-in mətbuat xidmətindən və Hava Nəqliyyatı Polis İdarəsindən AzadlıqRadiosuna bildirilib ki, hadisə ilə bağlı yaxın saatlarda rəsmi açıqlama veriləcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG