Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 00:08

ATƏT təmas xəttində monitorinq keçirəcək


Aprelin 30-da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Qazax rayonu, Bala Cəfərli kəndinin cənub-qərbindən keçən yolun üzərindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprzik, səhra köməkçiləri Jiri Aberle və Jonathan Ferrabi keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Hristo Hristov və Eugene Sharov keçirəcək.
XS
SM
MD
LG