Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:26

Gürcü ekspert: «Qadın hərəkatı fəal olmalıdır»


Paytaxt Tbilisidə qadınların etiraz aksiyası
Paytaxt Tbilisidə qadınların etiraz aksiyası
-
Gürcüstandakı «Gender bərabərliyi şəbəkəsi»nin nümayəndələri bərabər hüquqlar uğrunda mübarizənin yeni mərhələsinə başlayır. Bu həftə Şəbəkə Bakurianidə jurnalistlər üçün 4 günlük təlim keçirib. Bu təşkilatın Gürcüstanın bütün şəhərlərində nümayəndəliyi var. Onun məqsədi qadınların siyasi proseslərdə rolunu artırmaq, 2014-cü il bələdiyyə seçkilərində iştirak edəcək qadın-liderləri üzə çıxarmaq, onları hazırlamaqdır. Hazırda bu təşkilat bir neçə istiqamətdə çalışır – qadınların əyalətlərdə nüfuzunu möhkəmləndirir, qanunvericilik baxımından hüquq bərabərliyi üzrə parlament şurası ilə əməkdaşlıq edir və Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq parlamentdə qadınların sayının artırılması tələb edir.
KİV-in YANAŞMASI
Bakurianidə keçirilən tədbirə KİV tədqiqatçısı Ketevan Msxiladze də dəvət olunub, o isə öz növbəsində, qadın məsələlərinin mediada işıqlandırılması vəziyyətini tənqid edib. 2011-2012-ci illər üzrə Gürcüstanın media məkanında gender stereotipləri təhlil olunub. 12 KİV-in monitorinqi jurnalist işlərində gender balansının pozulduğunu üzə çıxarıb. Bir qayda olaraq xəbərlərdə əsas subyektlər kişilər olub. Belə nəticəyə gəlmək olar ki, KİV qadın problemləri və uğurları ilə maraqlanmır, ya da onlara əhəmiyyət vermirlər. Jurnalist işlərində çox zaman cinsi ayrıseçkilik, təhqirli müqayisələr, mühakimə və cinsi mənsubiyyətə işarə duyulub.
Ketevan Msxiladze hesab edir ki, jurnalistlər gender məsələləri ilə
Tamar Baqratiya
Tamar Baqratiya
lı məlumatsızdırlar:
«Ümumilikdə bu, stereotip düşüncədən irəli gəlir, bu isə cəmiyyətimizin dərinliklərinə qədər kök salıb. Jurnalist anlamadan stereotipləri təsdiqləyir ya da dağıdır və haqlı olduğunu hesab edir. Bu prosesi dəyişmək üçün təlimlər keçirilməli, KİV üçün xüsusi vəsaitlər hazırlanmalıdır».
PARLAMENTDƏ AZLIQ TƏŞKİL EDƏN QADINLAR
Gender məsələləri üzrə mütəxəssis Tamar Baqratiyanın sözlərinə görə, Gürcüstan əhalisinin yarıdan çoxunu qadınlar təşkil edir. Ancaq onlar parlamentdə cəmi 12 faizlə təmsil olunur. O hesab edir ki, qadın təşkilatları mütləq qanunvericilikdə dəyişiklik və bərabər hüquqa nail olmalıdır:
«Qadın hərəkatı fəal, qadınlar isə həmrəy olmalıdırlar. Bu hərəkat bütün qadın-seçicilər tərəfindən dəstəklənməlidir. Əks təqdirdə, Gürcüstan reallığı nəzərə alınaraq, qanunvericilik səviyyəsində parlament kvotasının artımı gerçəkləşməyəcək».
Jurnalist David Liklikadzenin fikrincə, demokratik proseslərin inkişafı üçün KİV nümayəndələri gender bərabərliyinin müdafiəsinə qalxmalıdır. O hesab edir ki, jurnalistlər qadın problemlərinə xüsusi həssaslıqla yanaşmalıdırlar:
«Seçicilərinin 50 faizdən çoxunun qadın olduğu ölkədə parlament üzvlərinin əksəriyyəti kişilərdir. Ona görə də demokratiya və demokratik yolla seçilən parlamentdən danışarkən bu tarazlığın gözlənilmədiyi unudulmamalıdır. Bu cür qeyri-bərabər cəmiyyətlər çoxsaylı problemlər yaradır. Qadınlar gender tələblərinin nəzərə alınması üçün ölkə büdcəsinin formalaşdırılmasında iştirak etməlidirlər».
QADINLARIN TƏLƏBİ
Gürcüstanda parlament seçkiləri
Gürcüstanda parlament seçkiləri
5 il əvvəl qadın təşkilatları 32 400 imza toplayaraq, onu ölkə parlamentinə təqdim edib. Qadınlar seçki qanunvericiliyi və siyasi birliklər haqda qanuna dəyişiklik edilməsini tələb edir. Onlar hesab edirlər ki, partiya siyahılarında gender bərabərliyi gözlənilməlidir. Gələn ayın ortalarında «Gender Bərabərliyi Şəbəkəsi» Kutaisidə parlament binası yaxınlığında böyük aksiya keçirəcək və deputatlardan qadın hüquqları ilə maraqlanmağı tələb edəcəklər. Şəbəkənin rəhbəri Manana Mebuke deyir ki, bərabərlik uğrunda mübarizədə onlar KİV-in dəstəyinə ehtiyac duyur:
«Məqsədimiz 2014-cü il bələdiyyə seçkilərində maksimum sayda qadınların iştirakını təmin etmək, cəmiyyətin dəstəyini qazanmaqdır. Məhz bu məqsədlə parlament qarşısında aksiya keçirməyi planlaşdırırıq və qadınların kişilərlə eyni hüquqa malik olduqlarını, hakimiyyətdə bərabər sayda təmsilçiliyin olmasını tələb etdiyimizi deyəcəyik».
Hazırda Gürcüstanda «Siyasi proseslərdə gender bərabərliyi» layihəsi həyata keçirilir. Layihəni «Beynəlxalq Seçki Fondu» və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi maliyyələşdirir.
XS
SM
MD
LG