Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:20

Qobustan həbsxanasında aclıq aksiyası keçirilir


Qobustan həbsxanası
Qobustan həbsxanası
-
Qobsutan həbsxanasındakı ömürlük məhbuslar aclıq aksiyası 9-cu gündür davam edir.
Ömrülük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Müslimət Rzaxanovanın AzadlıqRadiosuna verdiyin məlumata görə, aclığı davam etdirən məhbuslardan Bəxtiyar Cəfərov ağzını tikib:
«16 nəfər məhbus 9-cu gündür aclıq aksiyasını davam etdirir. Onları soyuq, şəraitsiz kameraya salıblar. Hamamdan məhrum olublar, radioya qulaq asa bilmirlər. Evlə telefon əlaqəsinə icazə verilmir. Ombudsman aparatının nümayəndələri baş çəkiblər, amma heç bir şey dəyişməyib. Onlara yazışmaları da qadağan ediblər».
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov aclıq aksiyası keçirən məhbusların 16 deyil, 9 nəfər olduğunu bildirir. Məhbuslardan kiminsə ağzını tikməsini isə təkzib edir:
«Dünən aclığı davam etdirən 9 nəfər idi, onların arasında ağzını tikən yoxdur. Biz onları həkim nəzarətində saxlayırıq ki, hər hansı problem olsa müdaxilə edə bilək. Amma hələki elə bir problem yoxdur».
Aprelin 18-dən aclıq aksiyasına başlayan məhbuslar onlara verilən ömürlük həbs cəzasına yenidən baxılmasını və ömürlük həbsin illərlə əvəzlənməsi tələb edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG