Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:42

Avropa Birliyi bölgələrdə kənd təsərrüfatına maraq göstərir


Roland Kobia
Roland Kobia
-
«Yaxın vaxtlarda Azərbaycanın qərb bölgəsində xeyli aqrar layihələr həyata keçirəcəyik».

Bunu Qərb bölgəsinə səfəri zamanı Avropa Birliyinin Azərbaycandakı səfiri Roland Kobia deyib.

Səfərdə məqsəd bölgədəki aqrar potensial və problemləri öyrənməkdir.

Bərdədə və Gəncədə olan səfir icra hakimiyyəti başçıları ilə ərazilərin mümkün potensialını müzakirə edib.

Roland Kobia deyib ki, AB regionda humanitar layihələr də həyata keçirmək fikrindədir. O, Bərdənin Xəsilli kəndində Avropa Birliyinin maliyyə dəstəyi ilə tikilmiş tibb məntəqəsinə baş çəkib, vurulan yeni artezian quyusu ilə tanış olub.

Aprelin 26-da səfir Goranboy rayonunda aqrar və təhsil sahəsindəki problemlərlə tanış olacaq, yeni təklif və layihələr müzakirə ediləcək.
XS
SM
MD
LG