Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:35

Rumıniyanın xarici işlər naziri Azərbaycana gəlir


Aprelin 25-26-da Rumıniyanın xarici işlər naziri Titus Corlatean Azərbaycana səfər edəcək.

XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər zamanı Titus Corlatean-ın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulur.

Bundan başqa, Rumıniyanın xarici işlər naziri Azərbaycan prezidenti İlham Əliyev və baş nazir Artur Rasizadə ilə də görüşəcək.

Görüşlərdə ikitərəfli siyasi dialoqun və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi yolları, energetika sahəsində, regional və beynəlxalq təşkilatlar, o cümlədən Avropa Birliyi və NATO çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
XS
SM
MD
LG