Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:22

Kerry Əfqanıstan-Pakistan danışıqlarının səmərəli olduğunu deyir


Foto arxiv
Foto arxiv
ABŞ Dövlət katibi John Kerry bu gün Brüsseldə Əfqanıstan və Pakistan liderləri arasında aparılan danışıqların səmərəli olduğunu deyir.

Əfqanıstan prezidenti Hamid Karzai Brüsseldə Pakistan silahlı qüvvələrinin baş komandanı və bu ölkənin xarici işlər naziri ilə görüşüb.

3 saata yaxın davam edən danışıqlarda iki ölkə arasındakı gərginliyin aradan qaldırılması yolları müzakirə olunub.

Əfqanıstan Pakistanı sərhəd bölgəsində fəaliyyət göstərən yaraqlıları dəstəkləməkdə, onlara sığınacaq verməkdə günahlandırır.

Görüş ABŞ Dövlət katibi John Kerrynin vasitəçiliyi ilə keçirilib.
XS
SM
MD
LG