Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:17

AMEA-da 4 vitse-prezidenti vəzifəsi təsis edilib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidentləri yenidən seçilib. APA-nın xəbərinə görə, qurumun bu gün keçirilən iclasında AMEA-nın 4 vitse-prezidenti vəzifəsi təsis edilib. I vitse-prezident vəzifəsi ləğv edilib.

Akademiklər Akif Hacıyev (AMEA Mexanika və Riyaziyyat İnstitutunun direktoru), İbrahim Quliyev (Geologiya İnstitutunun direktor müavini), İsa Həbibbəyli (Naxçıvan Dövlət Universitetinin rektoru) və Tofiq Nağıyev AMEA-nın vitse-prezidentləri seçilib.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev AMEA-nın akademik-katibi postunu tutub.

Biologiya və Tibb Elmlər Bölməsinin akademik-katibi Əhliman Əmiraslanov, Aqrar Elmlər Bölməsinin akademik-katibi Qərib Məmmədov, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi Akif Hacıyev, Yer Elmləri Bölməsinin akademik-katibi Fəxrəddin Qədirov, Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi Kamal Abdullayev, Kimya Elmləri Bölməsinin akademik-katibi İlqar Tağıyev seçilib.
XS
SM
MD
LG