Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:18

İnquşetiyada da lideri parlament seçəcək


Foto arxiv
Foto arxiv
İnquşetiya parlamenti respublika rəhbərliyinə birbaşa seçkiləri ləğv edib.
24 deputat qanun layihəsinin lehinə , biri isə əleyhinə səs verib.
İndən belə respublika başçısını parlament seçəcək.

“Vahid Rusiya”, “Kommunist “ , və “Ədalətli Rusiya” partiyasının nümayəndələri sənədi dəstəkləyib, “Doğru iş” partiyasının deputatı Akhmed Belxaroev isə əleyhinə çıxıb.
O bu cür seçkinin beynəlxalq normalar və Rusiya konstitusiyasına zidd olduğunu deyir.

Ötən həftə Dağıstan parlamenti də belə bir qanun qəbul edib.
XS
SM
MD
LG