Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 13:33
Amnesty International və Human Rights Watch təşkilatları Rusiyada vətəndaş cəmiyyəti və fərdi azadlıqlara qarşı repressiyaları tənqid edən hesabat yayıblar.

Hesabatda bunun xüsusilə Vladimir Putinin ötən il yenidən prezident olmasından sonra bqaş verdiyi qeyd olunur.
Hesabatda ötən ilin iyununda xüsusilə sərbəst toplaşma azadlığının məhdudlaşdırıldığı və polisin nümayişçilərə qarşı həddən artıq güc tətbiq etdiyi bildirilir.

Hesabatda bu ilin əvvəllərindən bu yana ölkənin 50 regionunda 200-dən çox QHT-nin müxtəlif orqanlar və digər rəsmilər tərəfindən yoxlandığı qeyd olunur.

Hesabat müəllifləri bu sahədə Rusiyada qəbul olunan yeni qanunlar və QHT-lərin yoxlanmasının Moskvanın üzərinə götürdüyü beynəlxalq öhtəliklərə zidd olduğunu deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG