Keçid linkləri

Təcili xəbərlər
2022, 07 İyul, Cümə axşamı, Bakı vaxtı 09:50

Sabunçuda evləri su basıb


Bakının Sabunçu rayonunun Əfəndiyev küçəsində evləri su basıb. Ərazidə yaşayan sakinlər AzadlıqRadiosuna bildiriblər ki, iki gündür yağan yağışlar həyətlərə, evlərə dolub:

«Vəziyyətimiz pisdir, suyun içində qalmışıq. İndi ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir, su içində qalan adamları xilas edirlər».

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında bildirilir ki, təxminən 50-yə qədər fərdi yaşayış evi və həyətyanı sahə subasmaya məruz qalıb, 70-ə yaxın sakin xilas olunub.

Nazirlik onu da bildirir ki, ərazidə xilasetmə işləri davam etdirilir, yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
XS
SM
MD
LG